Ötən ay ölkədən ən çox bu qeyri-neft məhsulları ixrac olunub | Banco.az

Ötən ay ölkədən ən çox bu qeyri-neft məhsulları ixrac olunub

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (28,8 milyon ABŞ dolları) birinci, xurma (17,1milyon ABŞ dolları) ikinci, pomidor isə (16,6 milyon ABŞ dolları) üçüncü olub.

Banco.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın fevral sayına istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon ABŞ dolları təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram