2025-ci il noyabr ayının 1-nə Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1.884.656 olub.
Bu barədəə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, təkcə oktyabr ayı ərzində 16,1 min artım müşahidə olunub. Ümumi əmək müqavilələrinin 54,2%-ə yaxını qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb. Bu sektorda artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində qeydə alınıb.
