Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan əhalisi ötən 2 ayda ərzaq məhsullarına 4 milyard 286 milyon manat vəsait xərcləyib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2,5% çoxdur.
Məlumata görə, hesabat aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 420 manatlıq, o cümlədən 232 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188 manatlıq qeyri-ərzaq malları alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!