OPEC ölkələrində neft hasilatı nə qədər olacaq? – Proqnoz | Banco.az

OPEC ölkələrində neft hasilatı nə qədər olacaq? – Proqnoz

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2026-cı il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu açıqlayıb.

Banco.az EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 33.91 mln. barel olacağı proqnozlaşdırılır. Bu, qurumun əvvəlki proqnozundan 0.15 mln. barel çoxdur.

Hesabata əsasən, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 34.17 mln. barel olacaq.

Əlavə edək ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 33.73 mln. olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram