2028-ci ildə qlobal gündəlik neft tələbi 110,2 milyon barel səviyyəsinə çatacaq.
Banco.az OPEC-in "World Oil Outlook" hesabatına istinadən xəbər verir ki, bu da 2022-ci illə müqayisədə 10,6 milyon barel artım deməkdir.
Hesabatda qeyd edilib ki, uzunmüddətli perspektivdə qlobal neft tələbinin 2022-ci ildən 2045-ci ilə qədər sutkada 16 mln. bareldən çox artacağı, 2022-ci ildəki 99,6 milyon bareldən 2045-ci ildə 116 milyon barelə yüksələcəyi gözlənilir.
OPEC həmçinin, qeyri-İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində gündəlik neft tələbinin 2022-2045-ci illər arasında təxminən 26 milyon barel artacağını proqnozlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!
