Müəllif:Ayşən İmanova/Banco.az
OPEC+ ölkələri könüllü neft hasilatının sutkada 2,2 milyon barel azaldılmasını 2025-ci ilin aprelinə qədər uzatmaq qərarına gəliblər.
Banco.az qurumun bəyanatına istinadən xəbər verir ki, bu barədə qərar nazirlərin görüşündən sonra qəbul edilib.
Bundan sonra OPEC+ ölkələri hasilatı bərpa etməyə başlamalıdır.
Həmçinin 2025-ci il üçün razılaşdırılmış neft hasilatı kvotalarının 2026-cı ilə qədər uzadılması barədə qərar qəbul edilib.
OPEC+-da borclu ölkələr üçün az azaldılmış neft hasilatına görə kompensasiya müddəti 2026-cı ilin iyun ayının sonuna qədər uzadılıb. Borclular arasında İraq, Qazaxıstan və Rusiya var.
Əvvəllər OPEC+ məhdudiyyətləri tədricən aradan qaldırmağı planlaşdırırdı. Lakin qlobal tələbatın yavaşlaması və OPEC+ xaricində neft hasilatının artması bu planın həyata keçirilməsində çətinliklər yaradıb.