"OPEC+" iclasından sonra neft ucuzlaşıb | Banco.az

"OPEC+" iclasından sonra neft ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri “OPEC+” iclasından sonra ucuzlaşıb.

Banco.az xəbər verir ki, cümə axşamı keçirilən “OPEC+” iclasında hasilatın daha da azaldılmasını vəd edən, ancaq təfərrüatları bəlli olmayan qərarın verilməsindən sonra ucuzlaşan neft bu tendensiyanı davam etdirib.

Brent markalı neft əvvəlki sessiyada 2,4 faiz ucuzlaşdıqdan sonra bir bareli 80 dollara düşüb.

ABŞ xam neftinin bir bareli isə 76 dollar ətrafında ticarət olunur.

Xatırladaq ki, “OPEC+” qrupu yanvar ayından etibarən hasilatı gündəlik təxminən 900 min barel azaldacağını açıqlayıb, ancaq Anqola artıq kvotadan imtina etdiyi üçün məhdudiyyətlər könüllü olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram