Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2024-cü ilin yanvar-aprel aylarında 3 924.4 ton çay istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı illik müqayisədə 16.1% artıb.
Məlumata görə, 1 may tarixinə ölkədə hazır məhsul ehtiyatı 79.7 ton olub.
Qeyd edək ki, bu ilin ilk 4 ayında ölkədən 2.1 milyon dollar dəyərində 219.7 ton çay ixrac edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!