Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan əhalisi bu ilin yanvar-noyabr aylarında ərzaq məhsullarına 26 milyard 499 milyon manat vəsait xərcləyib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur.
Məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 459,2 manatlıq, o cümlədən 256,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 202,4 manatlıq qeyri-ərzaq malları alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!