Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 7 milyard 541 mln. manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 5,4% çoxdur.
Qeyd edək ki, 2023-cü ilin ilk 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!