Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin noyabr ayında Azərbaycanda “Google” ən popular axtarış sistemi olub.
Banco.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ötən ay “Google”un ölkə üzrə bazar payı 84,18 faiz təşkil edib.
Hesabat dövründə “Yandex” axtarış sisteminin payı 14,03 faiz, “Bing”in payı 0,97 faiz, “Yahoo”nun payı 0,43 faiz, “DuckDuckGo”nun payı isə 0,35 faiz təşkil edib.
Qeyd edək ki, “Google”un global miqyasda payı isə 89,99 faizə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!