Müəllif - Fərid İslamov - Banco.az
Britaniya investisiya şirkəti Shaftesbury Capital, Norveçin Dövlət Pensiya Fondu (digər adı ilə Neft Fondu) tərəfindən idarə olunan Norges Bank Investment Management (NBIM)-ə Londonda yerləşən Kovent-Qarden bölgəsindəki daşınmaz əmlak portfelinin 25%-ni 570 milyon funt sterlinqə satacaq. Portfelin ümumi dəyəri 2,7 milyard funt sterlinq (3,5 milyard ABŞ dolları) olaraq qiymətləndirilir.
Shaftesbury rəsmi saytına əsasən, o, portfelin 75%-lik nəzarət payını və idarəetmə funksiyalarını özündə saxlayacaq. Bu portfelə 220 bina və ümumi sahəsi 1,4 milyon kvadrat fut (130 min kvadrat metr) olan 850-dən çox digər obyektlər daxildir.
-
Portfelin ilkin xalis gəlirliliyi - 3,6% təşkil edir,
-
İllik ümumi gəlir - 104 milyon funt sterlinqdir,
-
2024-cü il dekabrın 31-nə olan məlumata görə, təxmin edilən icarə dəyəri - 134 milyon funt sterlinqdir.
Sazişin ümumi məbləği 570 milyon funt sterlinqdir və onu 2025-ci ilin aprel ayının əvvəlində tamamlamaq planlaşdırılır.