Müəllif - Fərid İslamov -Banco.az
Norveç Dövlət Pensiya Fondu (həmçinin Neft Fondu kimi tanınır) Almaniyanın RWE şirkətindən Danimarka və Almaniyada inşa edilən iki dəniz külək elektrik stansiyasının (KƏS) 49%-lik payını 1,4 milyard avroya alıb.
Fondun məlumatına görə, sövdələşmənin 2025-ci ilin ikinci rübündə tamamlanması planlaşdırılır.
İnşa edilən külək elektrik stansiyaları Thor və Nordseecluster adlandırılıb. Bu stansiyaların operatoru RWE olacaq və şirkətə qalan 51% məxsus olacaq.
Külək elektrik stansiyalarının kommersiya istismarına 2027-ci ildən tez başlanması gözlənilmir. Onların ümumi gücü 2640 meqavat (MW) səviyyəsində planlaşdırılıb.
-
Thor: 72 ədəd 15 MW gücündə turbin istifadə edəcək və hər il 1 milyondan çox Danimarka evinə elektrik enerjisi təmin edəcək.
-
Nordseecluster: 104 ədəd 15 MW gücündə turbin istifadə edəcək və Almaniyada 1,6 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək.