Müəllif - Fərid İslamov - Banco.az
Norveç hökuməti Böyük Britaniyanın hərbi gəmilərini 10 milyard funt sterlinq (təxminən 13,5 milyard ABŞ dolları) dəyərində satın almaq üçün müqavilə imzalayıb, xəbər verir The Guardian.
Type 26 fregatları BAE Systems şirkəti tərəfindən Qlazqo gəmiyardında inşa ediləcək.
Müqavilədə gəmilərin dəqiq sayı göstərilməyib. Əvvəlki məlumatlara görə, müqavilə beş fregatın tədarükünü nəzərdə tutur və əlavə bir gəmi sifariş etmək imkanı da var. Hazırda Norveç dörd fregatdan istifadə edir.
Müqavilə çərçivəsində Norveç və Böyük Britaniya Şimali Avropada 13 gəmilik birgə donanma yaratmaq barədə razılığa gəliblər. Bunlardan səkkizi britaniyalı, ən azı beşi isə norveçli olacaq.
Norveçin Baş naziri Yonas Gar Store razılaşmanı ölkə tarixində ən böyük belə müqavilə adlandırıb. Britaniya hökuməti isə bunu ölkənin ən böyük hərbi ixrac müqaviləsi kimi qiymətləndirir.
Böyük Britaniya hakimiyyəti bildirib ki, müqavilə 4 min yeni iş yeri yaradacaq, onlardan 2 mini Şotlandiyada olacaq.
