Müəllif: Tamara Mustafayeva, Banco.az
“Netflix” platforması oyunlara tətbiqdaxili satınalma və reklamlar əlavə edəcək.
Banco.az xəbər verir ki, istehlakçıların 2024-cü ildə mobil oyunlara 111,4 milyard dollar xərcləyəcəyinə dair irəli sürülən proqnozlar şirkətlərin diqqətini yenidən mobil oyun bazarına yönəldib.
Məlum olduğu kimi, ötən iki il ərzində “Netflix” abunəçiləri bir çox mobil oyun yükləyiblər. Odur ki, şirkət bir neçə aydır ki, oyunlarından pul qazanmaq istiqamətində işlər görür. Bu işlərə tətbiqdaxili satınalmalar, daha çox premium oyunlara qiymət etiketi qoymaq və reklam səviyyəli abunəçilərə məxsus oyunlarda reklamların yerləşdirilməsi daxildir.
“Netflix”in baş direktoru Qreq Peters investorlara mövzu ilə bağlı bəzi açıqlamalar edib:
“Planlar dəyişir. “Netflix” başlanğıcda reklamla dəstəklənən səviyyənin işə salınmasına qarşı olsa da, 2022-ci ildə minlərlə abunəçisini itirdikdən sonra qərarından dönməli oldu”, deyə o bildirib.
Xatırladaq ki, “Netflix” “Grand Theft Auto”, “Love Is Blind”, “Monument Valley” və “Oxenfree” kimi məşhur IP-lər də daxil olmaqla 75-dən çox mobil oyun hazırlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!