Neft və qaz üçün sabit mədən vergisi müəyyən edilir | Banco.az

Neft və qaz üçün sabit mədən vergisi müəyyən edilir

Növbəti ildən yerin təkindən çıxarılan xam neftə görə mədən vergisinin dərəcəsi xam neftin hər tonuna görə 12 manat, təbii qaz və kondensatlara görə isə təbii qazın və kondensatların hər min kubmetrinə görə 15 manat məbləğində müəyyən edilir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qeyd edək ki, hazırda qüvvədə olan Vergi Məcəlləsinə görə, yerin təkindən çıxarılan xam neftə görə mədən vergisinin dərəcəsi topdansatış qiymətinin 26 faizi, qazın topdansatış qiymətinin 20 faizi məbləğində müəyyən edilib.