Müəllif:Mehin Qasımova,Banco.az
Trampın Hindistanı sanksiyalarla hədələməsi ilə neft qiymətləri yüksəlir.
Banco.az xəbər verir ki, neft çərşənbə axşamı günü beş həftənin minimum səviyyəsindən qalxdı və çərşənbə günü yüksəldi.
Bu artım ABŞ prezidenti Donald Trampın Hindistanın Rusiya neftinin alışına tariflər tətbiq etməklə hədələməsindən sonra tədarükün kəsilməsi ilə bağlı narahatlıqlardan qaynaqlanıb.
"Brent" markalı neftin fyuçersləri 0,4% artaraq barreli 67,93 dollara, ABŞ-ın xam neft fyuçersləri (WTI) isə 0,4% artaraq barreli 65,44 dollara çatıb.
"İnvestorlar Trampın təhdidlərinə cavab olaraq Hindistanın Rusiya neftinin alışını azaldıb-azalmayacağını qiymətləndirirlər. Bu, tədarükü sərtləşdirə bilər, lakin bunun real olub-olmayacağı bəlli deyil", - Nomura Securities-in iqtisadçısı Yuki Takashima deyib.
Takashima həmçinin Hindistanın idxalı eyni səviyyədə qalsa, WTI, çox güman ki, ayın qalan hissəsi üçün 60-70 dollar aralığında olacağını qeyd edib.