Neft ölkəsi ƏDV-ni 5%-dən 15%-ə qaldırdı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Neft ölkəsi ƏDV-ni 5%-dən 15%-ə qaldırdı

Səudiyyə Ərəbistanında mal və xidmət alışında tətbiq olunan əlavə dəyər vergisi (ƏDV)  5%-dən 15%-ə qaldırılıb.

Neft koronavirus ilə əlaqədar olaraq ucuzlaşdığından Səudiyyə Ərəbistanın gəliri azalıb. ƏDV-nin artırılması ilə azalan gəlirin bir hissəsinin kompensasiya edilməsi hədəflənir.

Səudiyyə Ərəbistanı rəhbərliyi 2020-ci il üçün nəzərdə tutulan dövlət xərclərini 13,3 milyard  dollara endirib. Ölkə koronavirus epidemiyasından əvvəl planlaşdırılan 220 milyard riyaldan  (58.7 milyard dollar) əlavə olaraq 100 milyard riyal (26.7 milyard dollar) da borclanacaq.

Maliyyə Naziri Məhəmməd əl-Cedan, 11 Mayda açıqladığı qənaət tədbirləri çərçivəsində 1 İyuldan etibarən ƏDV-nin 15% olaraq tətbiq olunacağını  bildirmişdi.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram