Neft Fondunun qızıl külçələrə investisiyaları 83% artıb | Banco.az

Neft Fondunun qızıl külçələrə investisiyaları 83% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl külçələrə investisiyaları 21 milyard 2,767 milyon manat təşkil edib.

Banco.az Fondun illik hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,8 dəfə və ya 83% çoxdur.

2023-cü ilin eyni dövründə bu göstərici 11 milyard 478,7 milyon manat təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə qızıl külçələrin Fondun aktivlərindəki payı 2023-cü ildəki 12%-dən 20,5%-ə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram