Neft Fondunun AÇG və "Şahdəniz"dən əldə etdiyi gəlirlər açıqlanıb | Banco.az

Neft Fondunun AÇG və "Şahdəniz"dən əldə etdiyi gəlirlər açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bu ilin yanvar ayında "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından əldə etdiyi gəlirləri 387,6 mln. ABŞ dolları, "Şahdəniz"dən (qaz və kondensat) əldə etdiyi gəlirlər isə 45,4 milyon ABŞ dolları təşkil edib.

Banco.az Fonda istinadən xəbər verir ki, AÇG-dən əldə edilən gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 237,5 milyon dollar və ya 38% azalıb. 

Qeyd edək ki, 2023-cü ilin eyni dövründə Fondun AÇG-dən gəlirləri 625,1 mln. ABŞ dolları səviyyəsində olub.

Hesabat dövründə Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 15,748 mln. ABŞ dolları olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram