Nazirliyin avtomobilləri 5-ci dəfə 50% endirimlə təkrar satışa çıxarılır – Hərrac | Banco.az

Nazirliyin avtomobilləri 5-ci dəfə 50% endirimlə təkrar satışa çıxarılır – Hərrac

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 14 aprel 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan 7 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Nəqliyyat vasitələrinin markaları "Chevrolet Niva 2123"dür.

Qeyd edək ki, avtomobillərin buraxılış ili 2007, start qiyməti isə 2 100 manatdan 2 450 manata qədərdir. Nəqliyyat vasitələri 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.

Avtomobillər haqqında daha ətraflı məlumat:

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram