Valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir.
Banco.az xəbər verir ki, 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 mln. ABŞ dolları üstələyib.
Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin 2025-ci ildə 2.6 faiz bəndi azalaraq 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir.
Bu şəraitdə 2025-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5.1% artaraq 11.5 mlrd. ABŞ dollarına çatıb.
