Yaxın vaxtlarda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin ailələrinə evlərin verilməsi prosesinə başlanılacaq.
Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Çernobıl qəzası ilə əlaqədar əllilliyi olan şəxslərə də 2026-cı il üzrə mənzil verilməsi prosesinə də tezliklə başlanılacaq. (Trend)
