Müəllif:Mehin Qasımova,Banco.az
İtalyan moda evi “Prada” uzun müddət davam edən danışıqlardan sonra rəqibi Versace-nin alınmasını tamamladığını açıqlayıb.
Banco.az xəbər verir ki, “Prada” sahibləri Miuccia Prada və Patrizio Bertelli-nin oğlu Lorenzo Bertelli bildirib ki, inteqrasiya tamamlandıqdan sonra Versace-nin direktorlar şurasının sədri olacaq.
Bertelli vurğulayıb ki, sövdələşmə uzun müddətdir davam edən danışıqların nəticəsidir və Versace-nin iki əsas şərtə cavab verdiyi üçün dəyərli olub: maliyyə riski minimaldır və marka məlumatlılığı dünya liderləri sırasındadır.
Qeyd edək ki, mart ayında Versace-nin kreativ direktoru Donatella Versice təxminən 30 ildən sonra vəzifəsindən istefa etmiş, onun yerinə Miu Miu-nun keçmiş dizayn direktoru Dario Vitale təyin olunub.
