Misin qiyməti 13 min dollardan aşağı endi | Banco.az

Misin qiyməti 13 min dollardan aşağı endi

Müəllif:Mehin Qasımova,Banco.az

Artan ehtiyatlar və Çindən gələn zəif tələbat siqnalları fonunda mis ucuzlaşmağa davam edib. Həftənin əvvəlində qısa müddətli sabitləşmə olsa da, eniş dayanmayıb.

Banco.az xəbər verir ki,misin qiyməti 0,8% ucuzlaşaraq tonuna görə 12 953,5 dollara düşüb. Digər sənaye metalları da ümumilikdə dəyər itirib.

London Metal Birjasının (LME) Asiya anbarlarında ehtiyatların 3,2% azalmasına baxmayaraq, Çin bazarında tələbatın zəifləməsi qiymətlərə mənfi təsir göstərib.

Gümüşdə kəskin ucuzlaşmadan sonra sənaye metalları da ümumilikdə dəyər itirib.

Çində istehsalçıların alışları zəifləyib. Mysteel Global-ın məlumatına görə, gündəlik spot ticarət həcmi çərşənbə günü 25 300 ton olub. Bu, bazar ertəsi günü qeydə alınan 38 121 tonla müqayisədə azalma deməkdir.