Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi 2025-ci il dekabr ayının 1-i tarixinə 15 milyard 805 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 1.2% çoxdur.
Hesabata görə, cəmi biznes kreditləri portfelinin 447.8 mln. manatı və ya 2.8%-i qeyri-işlək kreditlər olub.
Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 364 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 279 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 642 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 520 mln. manatı isə mikro sahibkarlığa verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
