Mikro sahibkarlara verilən kreditlərin həcmi 3.3 mlrd. manatı ötüb | Banco.az

Mikro sahibkarlara verilən kreditlərin həcmi 3.3 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il sentyabr ayının 1-i tarixinə 15 milyard 91 milyon manat təşkil edib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 0,2% çoxdur. 

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 449,4 mln. manatı və ya 3%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 35 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 137 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 574 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 347 mln. manatı isə mikro sahibkarlığa verilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram