Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın texnologiya nəhəngi “Microsoft” ikinci ixtisar dalğasında 9 min işçisini işdən çıxaracaq.
Banco.az xəbər verir ki, xərcləri nəzarət altına almağa çalışan şirkətin sözçüsü ixtisarların ümumi işçi qüvvəsinin 4 faizindən az hissəsini əhatə edəcəyini bildirib.
Sözçü, ixtisarların məqsədinin prosesləri sadələşdirmək və idarəetmə qatlarını azaltmaq olduğunu vurğulayaraq, “Dinamik bir bazarda şirkəti və komandaları uğura aparmaq üçün zəruri təşkilati dəyişiklikləri həyata keçirməyə davam edirik” deyib.
Bloomberg daha əvvəl "Microsoft"un iyul ayında satış nümayəndələri və Xbox da daxil olmaqla bəzi bölmələri əhatə edəcək şəkildə minlərlə işçini ixtisar etməyi planlaşdırdığını xəbər vermişdi.
Bu ixtisar qərarı, may ayında 6 min nəfəri əhatə edən və əsasən məhsul və mühəndislik sahələrində çalışan işçiləri təsir edən əvvəlki ixtisar dalğasından sonra verilib.
Şirkətin 2024-cü ilin iyun ayının sonuna olan məlumatına görə, 228 min işçisi olub və bunun 45 min nəfəri satış və marketinq sahəsində çalışıb.
Bizi sosial şəbəkələrdən izləyin!!