Müəllif: Tamara Mustafayeva, Banco.az
“Meta” audio startapı “Play AI”ı satın alıb.
Banco.az xəbər verir ki, “Google” və “OpenAI” kimi rəqibləri ilə yaşadığı güclü rəqabət şəraitində investisiyalarını sürətləndirən “Meta” süni intellekt sahəsində texnologiya inkişaf etdirməyə yönəlik yeni bir satınalma addımı atıb.
“Meta” süni intellektdən istifadə edərək insan səsinə bənzər səslər yaradan startap olan “Play AI” şirkətini satın aldı.
“Meta”-nın sözçüsü bu satınalmanı təsdiqləyərək, bütün “Play AI” komandasının gələn həftə “Meta”ya qoşulacağını bildirib. Şirkət tərəfindən verilən açıqlamada “Play AI”ın alınmasının “Meta”nın təbii səslər yaratma sahəsindəki işlərinə, geyilə bilən texnologiyalar, səsli məzmun yaradılması sahələrindəki fəaliyyətlərinə və bu istiqamətdəki yol xəritəsinə tam uyğun gəldiyi qeyd olunub. Bu addım “Meta”nın süni intellekt əsaslı personajlar, səsli məzmun və geyilə bilən cihazlar üçün texnologiya inkişaf etdirmə planları ilə birbaşa üst-üstə düşür.
Səs klonlaşdırılmasına fokuslanan “Play AI” istifadəçilərə danışan süni intellekt agentləri yaratmaq imkanı təqdim edir.
Yeni satınalmanın maliyyə təfərrüatları isə açıqlanmayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!