“Meta” 2025-ci ildə işçilərinin 5%-ni ixtisar edəcək | Banco.az

“Meta” 2025-ci ildə işçilərinin 5%-ni ixtisar edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“Meta” bu il  işçi qüvvəsinin 5%-nin ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək.

Banco.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

“Meta” şirkətinin baş direktoru Mark Zukerberqin bildirdiyinə görə, qərar süni intellekt texnologiyaları və ağıllı eynəklərin inkişafına yönəlmiş bir vaxta təsadüf edir. Zukerberqin sözlərinə görə, ixtisarlar ilk növbədə bəzi aşağı performanslı işçilərə təsir edəcək. Bildirilir ki, 30 sentyabr tarixində “Meta”nın işçi sayı təxminən 72,400 nəfər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, “Meta” fakt yoxlama proqramını ləğv edir, onu istifadəçi əsaslı sistemlə əvəz edir və həmçinin bir sıra DEI (müxtəliflik, bərabərlik və daxilolma) proqramlarını məhdudlaşdırır. Zukerberq ilk qərarı ABŞ-də keçiriləcək prezident seçkiləri ilə əlaqələndirib və bunu “mədəni dönüş nöqtəsi” adlandırıb.