Məşhur moda evi 1 milyard dollara satılır | Banco.az

Məşhur moda evi 1 milyard dollara satılır

LVMH Moët Hennessy Louis Vuitton şirkəti moda brendi Marc Jacobs-ı təxminən 1 milyard dollar dəyərində bir sövdələşməylə satmaq üçün danışıqlar aparır.

Banco.az Wall Street Journal-a istinadən xəbər verir ki, dünyanın ən böyük lüks mallar şirkəti, potensial alıcıların müraciətindən sonra Marc Jacobs-un satış şərtlərini danışmaq üçün keçən ildən bəri məsləhətçilərlə müzakirə aparır.

Məlumata görə, bunlar arasında Authentic Brands, Bluestar Alliance və WHP Global var.

Qeyd edək ki, dizayner Marc Jacobs brendi 1984-cü ildə qurub və onu qlobal çanta və geyim biznesinə çevirib. LVMH isə brendi 1997-ci ildə alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram