Məşhur milyarder bütün səhmlərini satdı | Banco.az

Məşhur milyarder bütün səhmlərini satdı

Müəllif:Mehin Qasımova, Banco.az

Dünyanın məşhur milyarder investor Uorren Baffet özünün Berkshire Hathaway şirkətinin 2025-ci ilin birinci rübü portfelində köklü dəyişikliklər edib.

Banco.az xəbər verir ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) məlumatlarına görə, şirkət kripto-servis provayderi Nubank-dakı bütün səhmlərindən imtina etməklə yanaşı, bank və maliyyə sektorundakı aktivlərini əhəmiyyətli dərəcədə azaldıb.

CNBC-e-nin məlumatına görə, Buffett 2021-ci ildə 500 milyon dollarlıq sərmayə ilə portfelinə əlavə etdiyi Braziliya rəqəmsal bankı Nubank-dan tamamilə geri çəkilib. Sözügedən səhmlərin satışa qədər  46 faiz  dəyər qazandığı bildirilir. Nubank-ın kriptovalyuta xidmətləri təklifi illərdir kriptovalyutalara qarşı qətiyyətlə mübarizə aparan Baffet üçün qeyri-adi seçim kimi qiymətləndirilib.

Daha əvvəl Bitcoin-i “siçovul zəhəri” olaraq xarakterizə edən Buffet, bu investisiya ilə qısa müddətli bir istisna etdi, lakin Nubankdan çıxması ilə kripto dünyasından uzaq durduğunu bir daha ortaya qoydu.

O bank sektorunda da böyük addımlar atıb. Citigroup-un bütün səhmləri satıldı, Capital One-dakı mövqe isə daraldı. Bank of America-nın payı da 8,3 faizə endirilib. Bütün bu satışlardan sonra Berkshire Hathaway-in pul ehtiyatları 350 milyard dollara yüksəldi.

Buffett sadəcə satış etməyib; portfelinə yeni şirkətlər əlavə edib. Spirtli içki istehsalçısı Constellation Brands-da payını 6,6 faizə yüksəldən əfsanəvi investor Sirius XM Holdings və Occidental Petroleum-da da alışlar edib.