Məşhur elektronika şirkətinin gəlirlərində böyük azalma | Banco.az

Məşhur elektronika şirkətinin gəlirlərində böyük azalma

Müəllif:Mehin Qasımova/Banco.az

Məşhur elektronika şirkəti  "Sony Group"  xalis mənfəətini açıqlayıb.

Banco.az xəbər verir ki, şirkətin gəlirlərində böyük azalma qeydə alınıb.

Şirkətdən verilən açıqlamada aprel-sentyabr dövründə xalis mənfəətin ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz azalaraq 417,6 milyard yenaya (2,76 milyard dollar) düşdüyü bildirilib.

Satış gəlirləri 19,3 faiz artaraq 5,79 trilyon yenaya (38,3 milyard dollar) çatdığı halda, əməliyyat mənfəəti 29,7 faiz azalaraq 516 milyard yenaya (3,4 milyard dollar) düşüb.

"PlayStation" 5 oyun konsolu üçün illik 25 milyon satış hədəfi təyin edən Yapon şirkəti, sözügedən 6 aylıq dövrdə cəmi  8,2 milyon konsol sata bilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram