Müəllif: Gülnar Əhmədli, Banco.az
1 fevral 2026-cı il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 563.5 milyon ABŞ dolları təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankın valyuta ehtiyatları illik müqayisədə 5,2% artıb.
2025-ci ilin eyni dövründə bu göstərici 10 milyard 988.5 milyon dollara bərabər olub.
Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 1 ay əvvəllə müqayisədə isə 0.4% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
