Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb | Banco.az

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

1 yanvar 2026-cı il tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 514.9 milyon ABŞ dolları təşkil edib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankın valyuta ehtiyatları illik müqayisədə 5,1% artıb.

2025-ci ilin eyni dövründə bu göstərici 10 milyard 959.5 milyon dollara bərabər olub. 

Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 1 ay əvvəllə müqayisədə isə 0.7% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram