Mərkəzi Bank rəhbərliyinin əmək haqqı ödənişləri 40% artıb | Banco.az

Mərkəzi Bank rəhbərliyinin əmək haqqı ödənişləri 40% artıb

2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əmək haqqı ödənişləri 2 milyon 701 min manat, sosial fondlara ayırmalar isə 550 min manat təşkil edib.

Bu barədə qurumun maliyyə hesabatında qeyd edilib.

    Qeyd edək ki, əmək haqqı xərcləri əvvəlki illə müqayisədə 40%, sosial fondlara ayırmalar isə 35.1% artıb.

    apa