"Mercedes-Benz" bu modelinin istehsalını dayandırır | Banco.az

"Mercedes-Benz" bu modelinin istehsalını dayandırır

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniyanın "Mercedes-Benz" şirkəti "A-Class Sedan" modelinin istehsalını dayandırır.

Banco.az xarici mediaya istinadən xəbər verir ki, istehsal illəri ərzində model öz alıcısını tapa bilməyib. Buna görə də son vaxtlar həmin avtomobilin satışları ancaq azalıb. 

"Mercedes-Benz", hətta bu ilin yanvarında avtomobilləri 18% endirimlə satmağa başlayıb.
Hazırda şirkətin rəsmi saytında 280 ədəd avtomobilin satışda olduğu göstərilir.

“A-Class Sedan”ın son nümunələrinin, o cümlədən PHEV hibrid versiyasının 2025-ci ilin ikinci rübünə qədər satılacağı gözlənilir.