2019-cu ilin üçüncü rübündə bankların yalnız 9-u dövlət büdcəsinə vergi ödəyib. Digər banklar isə cari ildə və əvvəlki illərdə zərərlə üzləşdiyindən vergi ödəməmişdir. Bu banklar III rüb ərzində cəmi 55.5 milyon manat mənfəət vergisi ödəyib. Bu da əvvəlki rübə nəzərən 58.6% artım deməkdir. Bu banklar arasında ən çox vergi ödəyən Kapital Bank olub. O, qazandığı 100 milyon manatlıq mənfəətin 26%-ni vergi şəklində dövlət büdcəsinə ödəyib. Bu rübdə Unibankın ən az vergi ödəməyinə baxmayaraq ötən rübdən 16 min manat daha çox vergi verib.
Banklar |
Vergilər (manat) |
Kapital Bank |
26 080 000 |
Paşa Bank |
11 114 000 |
Bank of Baku |
8 453 660 |
Xalq Bank |
5 282 540 |
ASB Bank |
1 678 100 |
Premium Bank |
1 495 000 |
Yapı Kredi Bank |
1 261 000 |
Ziraat Bank |
86 240 |
Unibank |
51 000 |
Tərlan Qəhrəmanova, Banco.az