Melaniya Tramp öz kriptovalyutasını buraxdı | Banco.az

Melaniya Tramp öz kriptovalyutasını buraxdı

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya onun ardınca öz memkoinini buraxıb. Kriptovalyuta "$TRUMP" memkoini ilə analoji olaraq "$MELANIA" adlandırılıb.

Banco.az xəbər verir ki, kriptovalyutanın buraxılması barədə Melaniya Tramp "Truth Social"da məlumat verib.

"CoinMarketCap" platformasının məlumatına görə, Melaniyanın bir memkoinini hazırda 0.03 dollara almaq mümkündür.

Xatırladaq ki, yanvarın 17-də Tramp öz kriptovalyutasının buraxılmasını elan etmişdi. Bir gün ərzində memkoinlərin ticarət həcmi 11 milyard dolları ötüb, kriptovalyutanın kapitallaşması artıq 10.5 milyard dolları keçib. Bir "$TRUMP" memkoini hazırda 50 dollar ətrafında ticarət olunur.