Meksika Çinə tarifləri artırmağa hazırlaşır | Banco.az

Meksika Çinə tarifləri artırmağa hazırlaşır

Müəllif:Mehin Qasımova,Banco.az

Meksika hakimiyyəti ABŞ prezidenti Donald Trampın  tələbinə uyğun olaraq Çindən idxal edilən mallara rüsumları artırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg  məlumat yayıb .

Tarif artımı Çindən gətirilən avtomobil, tekstil və plastik məmulatlara təsir edəcək. Digər Asiya ölkələrinə də daha yüksək rüsumların qoyulacağı gözlənilir.

Tariflərin ölçüsü ilə bağlı yekun qərar hələ verilməyib.

Vaşinqtonun təzyiqi ucuz Çin mallarının ABŞ-a daxil olmasının qarşısını almaq istəyi ilə izah olunur. Amerika administrasiyası iddia edir ki, Çindən məhsullar əvvəlcə Meksikaya, oradan da ABŞ-a gətirilir.