Müəllif:Mehin Qasımova,Banco.az
Meksikanın İqtisadiyyat naziri Marselo Ebrard Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə tətbiq edilən gömrük rüsumunu 20 faizdən 50 faizə qaldıracaqlarını bildirib.
Banco.az xəbər verir ki, o bildirib ki, Meksikaya gələn nəqliyyat vasitələrinin qiymətləri istinad qiymət dediyimiz qiymətdən aşağı olduğu üçün tarifi qaldıracağıq.
"Əsas məqsədimiz iş yerlərini qorumaqdır. Hesab edirik ki, təxminən 320 000 iş yeri bu məhsullarla bağlı inkişaflarla birbaşa bağlıdır".
Bu addım ABŞ-ın Latın Amerikası ölkələrinə regionda nüfuz uğrunda rəqabət apardığı Çinlə iqtisadi əlaqələrini məhdudlaşdırmaq üçün təzyiq etməsindən sonra atılıb.
Ebrard bu ilin əvvəlində tariflərə qarşı çıxıb və onların iqtisadi artım və inflyasiyanın aşağı səviyyədə saxlanılması məqsədi ilə ziddiyyət təşkil etdiyini bildirib.