Müəllif: Tamara Mustafayeva, Banco.az
“McDonald's” İsraildə françayzinqlə fəaliyyət göstərən restoranlarını satın alacaq.
Banco.az xəbər verir ki, ABŞ-ın fast-fud restoranlar şəbəkəsi “McDonald's İsrailin Qəzzaya hücumları səbəbiylə boykotların hədəfinə çevrilməsi ilə biznesinin təsirləndiyini açıqladıqdan sonra İsraildə françayzinqlə fəaliyyət göstərən 225 restoranını alacağını elan edib.
Bu barədə “McDonald's rəsmi açıqlama verib.
Açıqlamada “Alonyal Ltd” şirkətinin İsraildə 30 ildən çoxdur ki, “McDonald's markası ilə fəaliyyət göstərdiyi, 225 restoranı və 5 mindən çox işçisi olduğu qeyd edilib.
Açıqlamada həmçinin bildirilib ki, satınalma prosesi başa çatdıqdan sonra “McDonald's” “Alonyal”ın restoranlarına və əməliyyatlarına sahib olacaq. İşçilər isə ekvivalent şəraitdə işləməyə davam edəcəklər.
Qeyd edək ki, alqı-satqı müqaviləsinin yaxın aylarda tamamlanacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!