Müəllif:Ayşən İmanova/Banco.az
“SpaceX”in qurucusu İlon Mask ABŞ prezidentliyi yarışı zamanı Donald Trampın Ağ Evə qayıtmasına kömək etmək üçün azı 260 milyon dollar xərcləyib.
Banco.az xəbər verir ki, bu barədə CNN telekanalı Federal Seçki Komissiyasının sənədlərinə istinadən məlumat yayıb.
Beləliklə, “SpaceX”in yaradıcısı prezidentlik kampaniyasının ən böyük siyasi sponsorlarından birinə çevrilib və builki seçkilərin nəticələrinə çox böyük təsir göstərib.
ABŞ-nin yeni seçilmiş prezidenti Tramp daha əvvəl bəyan etmişdi ki, Mask, eləcə də iş adamı Vivek Ramasvami hökumətin səmərəliliyinin artırılması və bürokratiya ilə mübarizə ilə məşğul olacaq yeni departamentə rəhbərlik edəcək. Tramp bildirib ki, yeni qurum Ağ Ev və onun İdarəetmə və Büdcə Ofisi ilə birgə genişmiqyaslı struktur islahatları həyata keçirəcək.