Müəllif:Mehin Qasımova,Banco.az
Tesla və SpaceX-in baş direktoru İlon Mask ABŞ-Səudiyyə İnvestisiya Forumunda iştirak edib.
Banco.az xəbər verir ki, "Tesla" ilk faydalı insanabənzər robotları istehsal etməyə hazırlaşır.
Mask hesab edir ki, Süni İntellekt (Sİ) və bu robotlar gələcəyin ən böyük sənayesi olacaq və yoxsulluğu aradan qaldıracaq.
O, qeyd edib ki, ən əsas zənginləşdirmə yolu Sİ və robototexnikadır.
Maskın proqnozuna görə, 10-20 il ərzində işləmək istəyə bağlı olacaq və pulun əhəmiyyəti azalacaq.
Mask əlavə edib ki, onun Sİ şirkəti "xAI", Səudiyyə Ərəbistanının "Humain" və "Nvidia" ilə birlikdə 500 meqavatlıq məlumat mərkəzi quracaq.
Nvidia-nın baş direktoru Censen Huanq isə Səudiyyə Ərəbistanı ilə superkompüter infrastrukturu üzərində işlədiklərini bildirib.
