Mask "Apple" və "OpenAI" şirkətlərinə qarşı iddia qaldııb | Banco.az

Mask "Apple" və "OpenAI" şirkətlərinə qarşı iddia qaldııb

Müəllif:Mehin Qasımova,Banco.az

İlon Mask "Apple" və "OpenAI" şirkətlərinə qarşı iddia qaldırıb.

Banco.az xəbər verir ki, Bloomberg xəbər verir ki , amerikalı milyarder adıçəkilən şirkətləri ChatGPT-ni iPhone-a inteqrasiya etməklə və alternativləri bloklamaqla süni intellekt bazarında monopoliya yaratmaqda ittiham edərək məhkəməyə verib .

Biznesmenin sözlərinə görə, "Cupertina" şirkəti App Store-da digər chatbotların təbliğatını qeyri-mümkün edir.

"OpenAI" iddiaları rədd edərək, onları “Maskın hücumlarının davamı” adlandırıb. "Apple" hələ də şərh verməyib. 

İlon Mask daha əvvəl yazmışdı ki, süni intellekt aclıq, yoxsulluq və xəstəlik problemini həll edə bilər.