"Lukoyl" xarici aktivlərini satmağı planlaşdırır | Banco.az

"Lukoyl" xarici aktivlərini satmağı planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiyanın “Lukoyl” neft şirkəti sanksiyalara görə beynəlxalq aktivlərini satmaq qərarına gəldiyini açıqlayıb.

Banco.az xəbər verir ki, “Lukoyl”dan verilən yazılı açıqlamada qərar ABŞ-ın şirkətə qarşı sanksiya qərarından sonra verilib.

Bəyanatda deyilir ki, “Lukoyl” beynəlxalq aktivlərinin fasiləsiz fəaliyyətini təmin etmək üçün ABŞ-ın sanksiyaları lisenziyasının uzadılması üçün müraciət etməyi planlaşdırır.

ABŞ Maliyyə Nazirliyi oktyabrın 22-də Rusiyanın iki ən böyük neft şirkəti "Rosneft" və "Lukoil" və onların törəmə şirkətlərini sanksiyalar siyahısına əlavə edib.

Nazirlik açıqlamasında bildirib ki, bu addım Rusiyanın Ukraynada müharibəyə son qoyulması üçün sülh prosesinə ciddi sadiqlik nümayiş etdirmədiyi üçün atılıb.