"Lufthansa" 20 min reysi ləğv edəcək | Banco.az

"Lufthansa" 20 min reysi ləğv edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniyanın "Lufthansa" aviaşirkəti təyyarə yanacağının qiymətlərinin artması səbəbindən oktyabr ayına qədər planlaşdırılan 20 min qısa məsafəli uçuşu ləğv edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, bəyanatda Yaxın Şərqdə münaqişələrin başlamasından bəri reaktiv yanacağın qiymətlərinin ikiqat artdığı qeyd olunur.

Qeyd edilib ki,  oktyabr ayına qədər cədvəldən  20 min qısa məsafəli uçuş çıxarılacaq. Bu, təxminən 40.000 metrik ton reaktiv yanacaqa bərabərdir.

Bəyanatda qeyd olunur ki, planlaşdırılan uçuş cədvəlindəki düzəlişlər "Lufthansa" şəbəkəsi daxilində zərərli qısa məsafəli uçuşların sayını azaldacaq, qlobal şəbəkə, xüsusən də uzun məsafəli əlaqələr, artan reaktiv yanacaq qiymətlərinə baxmayaraq, əvvəlki kimi əhəmiyyətli dərəcədə daha səmərəli saxlanılacaq.

Bəyanatda yeni yanaşmaya uyğun olaraq, dünən gündə 120 reysin ləğv edildiyi və azalmış tutum nəzərə alınmaqla qarşıdakı aylar üçün orta müddətli marşrut planlamasının yenidən nəzərdən keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Aİ neft emalı zavodları reaktiv yanacaq istehlakının 70%-ni ödəyə bilir. Qalan reaktiv yanacaq əsasən Yaxın Şərq və Körfəz ölkələrindən idxal olunur.