Müəllif:Ayşən İmanova/Banco.az
Bir vaxtlar smartfon bazarının liderlərindən olan “LG Electronics”, tarixi bir qərar qəbul edərək mobil telefon bazarından tamamilə çəkildiyini elan edib.
Banco.az xəbər verir ki, Cənubi Koreyanın qlobal nəhəngi bütün patent hüquqlarını sənayenin ən əhəmiyyətli rəqiblərindən biri olan Çin texnologiya şirkəti “Vivo”ya satıb.
2021-ci ildən smartfon istehsalını dayandıran LG, bu qərarla bazardan çıxışını tamamlayıb.
“Vivo”ya satılan 46 patent əsasən video siqnalın sıxılması və kodeklər texnologiyasına aid standart patentlərdir. Bu patentlər arasında çərçivədaxili və çərçivələrarası proqnozlaşdırma, hərəkət vektorlarının analizi və video emalın səmərəliliyini artıran digər texnologiyalar yer alır.