Kredit Həyat Sığortasını kimlər və necə əldə bilərlər? | Banco.az

Kredit Həyat Sığortasını kimlər və necə əldə bilərlər?

İlk öncə qeyd edək ki, istehlak krediti götürən istənilən şəxs Kredit Həyat Sığortasından faydalana bilər. Bu məhsul kredit müraciəti zamanı könüllü olaraq təklif edilir.

Kredit həyat sığortasının qiyməti kredit götürən şəxsin yaşı, kreditin müddəti və məbləğindən asılı olaraq dəyişir. Kredit həyat sığortası tam olaraq kredit müddətini əhatə edir. Və təbii ki, müştərinin ödədiyi məbləğ qarşılığında əldə edəcəyi təminat olduqca yüksəkdir.

Müştərinin ölüm, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əlilliyinin təyin olunması hallarında, sığorta şirkəti qalan kredit borcunu qarşılayır.

Məhsul kredit götürənin ailəsinin maddi çətinliklərlə üzləşməsinin qarşısını almaq məqsədi daşıyır. Kredit götürənin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə nəticəsində əlilliyinin yaranması hallarında bu sığorta məhsulu çərçivəsində kredit borcunun ödənilməsi təmin edilir. Bu hallarda borcun ödənilməsi həyat sığorta şirkəti tərəfindən həyata keçirilir.

Sığorta məhsulu haqqında daha ətraflı məlumat əldə etmək üçün “PAŞA Həyat Sığorta” ASC-nin çağrı mərkəzinə (942) və ya onlayn platforma üzərindən https://pasha-life.az/products/kredit-heyat-sigortasi/ müraciət edə bilərsiniz.