Araşdırma: Gülnar Əhmədli, Banco.az
Müştərilərin kart seçimi edərkən axtardığı özəlliklərdən biri də kart qalığına hesablanan faizdir. Debet kart qalığına faiz hesablayan banklar aşağıdakılardır:
Hazırda ən yüksək qalıq faizini təklif edən banklardan biri Xalq Bank-dır. Belə ki, "XalqKart" istifadəçiləri qalıq məbləğdən 8% gəlir əldə edə bilərlər.
Faizlər gündəlik hesablanır və cari ayın son iş günündə kartın balansına köçürülür. Kartın faiz hesablanan gündəlik minimal qalıq məbləği 100 AZN, maksimal qalıq məbləği isə 2000 AZN-dir.
Azər Türk Bank-da "atb card"ın kartın qalığına illik 8% gəlir hesablanır. Qalıq hesablanması üçün balansda minimal məbləğ tələbi yoxdur. Qeyd edək ki, hazırda 8% kampaniya faizidir. Kampaniya 2026-cı il 15 yanvar daxil olmaqla, həmin tarixədək davam edəcək.
ABB-nin "TamKart"ında kartdakı qalığa illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin minimum 3 000 AZN-dən maksimum 100 000 AZN-dək hissəsinə və yalnız AZN valyutalı kartlarda hesablanır.
Bank of Baku-nun "Bolkart" debet kart istifadəçiləri kart hesablarında olan və 100 AZN-dən az olmayan qalığa illik 7%-dək dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər. Bu xidmət yalnız AZN valyutasında olan kartlar üzrə tətbiq edilir.
Expressbank-ın təklif etdiyi "Visa Infinite Debet" kartında illik 7% gəlir hesablanır. Debet qalığına illik hesablanacaq faiz gəliri 1000 AZN-dən 30 000 AZN-dəkdir.
Leo Bank-da "Leo Premium" kartları üzrə kartdakı qalıqların minimum və maksimum məbləğində məhdudiyyət olmadan illik 7% gəlir hesablanır.
AFB Bank-ın "Mono" kartlarında AZN valyutalı kartın qalığına illik 7% gəlir hesablanır. Faiz hesablanan minimal məbləğ 100 AZN, maksimal məbləğ isə 100 000 AZN-dir.
Bank BTB: "Junior Card" illik 6% gəlir təklif edir. Kart qalığı üzrə faizlər aylıq ödənilir.
Rabitəbank-ın "Kartmane Premium" kartında vəsait qalığına illik hesablanan faiz dərəcəsi 6%-dir. Faizlər gündəlik hesablanır və hər növbəti ayın ilk iş günü hesaba əlavə edilir.
TuranBank-ın "Universal kart"ında faizlər aylıq əsaslarla kapitallaşır. Faiz hesablanan maksimal məbləğ - 100 000 AZN-dir. Kart qalığı 300 AZN-dən aşağı olarsa, faiz hesablanmır.
Yelo Bank-ın "Yelo Premium" kartlarında qalığa gəlir hesablanması limiti müştəri hesabı üzrə 100 000 AZN-ə qədərdir.
Bank Respublika-nın "Neo Premium"unda qalıq məbləğ üzərinə faizlər hər ayın əvvəlində hesablanır və karta müvafiq məbləğdə mədaxil olunur.
Onu da qeyd edək ki, bu kartlardan bəzilərində dollar valyutası üzrə də kart qalığına gəlir hesablanır. Kartların adlarına klikləyərək ətraflı məlumat ala bilərsiniz.
.jpg)
Bizi sosial şəbəkələrdən izləyin!!
